Gün ərzində kompüterdən çox istifadə edənlər gözlərinin ziyan görməməsi üçün nələr etməlidir?
Teleqraf.com xəbər verir ki, türkiyəli göz xəstəlikləri uzmanı professor Sərdar Quruca gözün sağlamlığını qorumaq üçün kompüterdən çox istifadə edən insanlara bəzi tövsiyələr edib.
Gözlərdə ağrı, yorğunluq, narahatlıq, qızartılar, bulanıq görmə və.s kimi xəstəliklər son illərin ən çox yayılan göz xəstəliklərindəndir. Bu xəstəliklərdən qorunmaq üçün nələrə əməl etməliyik?
Kompüterdə 20 dəqiqə işlədikdən sonra, gözlərimizi yumaraq, ya da uzağa baxaraq 20 saniyə dincəlməliyik. Kompüter ekranını göz səviyyəsindən aşağıya endirmək lazımdır. Beləcə, göz yaşı itkisi də az olar. İşlədiyimiz məkanları yaxşıca havalandırmalıyıq. Və fasilələrlə kompüterin qarşısından qalxmalıyıq.