Dünyaca məşhur müğənni Rihanna Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Seneqalın paytaxtı Dakarda keçirilib.
Makron və Rihanna birlikdə Darakda təşkil edilən Seneqalda təhsil səviyyəsinin yüksəldilməsi ilə bağlı sammitdə iştirak ediblər.
Fransa prezidenti Seneqalda təhsil səviyyəsinin yüksəldilməsi üçün xüsusi fonda 200 milyon avro toplamağı vəd edib.