4 Aprel 2018 23:06
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk Kambric Analitik Şirkətinin 87 milyona yaxın istifadəçinin şəxsi məlumatlarını icazəsiz ələ keçirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Feysbuk Kembric Analitik Şirkəti tərəfindən 87 milyon sosial şəbəkə istifadəçisinin məlumatlarının qeyri-qanuni şəkildə istifadə edildiyini bəyan edib.

Xatırladaq ki, Feysbukun qurucusu Mark Zükerberq dünyanı çalxalayan qalmaqalla bağlı açıqlamasında səhvə yol verdiklərini etiraf edib. ABŞ-da prezident seçkiləri və Breksit səsverməsi zamanı milyonlarla Feysbuk istifadəçisinin şəxsi məlumatlarından istifadə edilməsinin ortaya çıxması ABŞ-da böyük qalmaqala səbəb olub. Zükerberqin ABŞ Konqresində ifadə verəcəyi və Avropa İttifaqı vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyinə dair dinləmələrdə iştirak edəcəyi gözlənilir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər