30 May 2018 08:49
3 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Edinburq Universitetinin astrobioloqu Şon Makmahonun rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu Marsda yadplanetlilər üçün əlverişli yer aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Marsda vaxtilə canlı varlıqların yaşadığı barədə dəqiq sübut yoxdur. Ancaq planetdə nə vaxtsa həyat şəraitinin mövcud olduğu məlumdur.

Orbitdən aparılan müşahidələr zamanı planetin səthində qurumuş çay vadisi və göl üçün xarakterik izlər aşkarlanıb.

Mütəxəssislərin hesablamasına əsasən, Marsda maye su 4100-3500 milyon il əvvəl olub. O zaman qırmızı planetdə atmosfer olub və radioaktiv Günəş şüalarının birbaşa səthə düşməsinin qarşısını alıb.

Ekspertlərin fikrincə, canlı orqanizm üçün ən yaxşı yer dəmirlə zəngin və silisium oksidiylə göl qalığı olan məkanlardır. Bu nöqtələr aneorob metabolizimli bakteriyalar üçün yararlıdır. Digər münasib yer isə qaynar su mənbələri ola bilər. Ancaq əvvəlcə onların mövcudluğunu təsdiqləmək lazımdır.

Araşdırmaları genişləndirmək üçün NASA Marsa 2020-ci ildə yeni kosmik aparat göndərəcək. Alimlər hesab edir ki, missiyanın uğuru eniş üçün düzgün yerin seçilməsindən asılıdır.


Müəllif: Ruslan