Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Horvatiya millisi ilə qarşılaşacaq Nigeriya millisinin tərəfdarlarına qeyri-adi cəza verilib.
Teleqraf.com xəbər verir ki, "Super Eagles" ləqəbli Nigeriya millisinin azarkeşləri digər oyunlarda totemləri toyuqla triunaya daxil olublar. Rusiya hökuməti bu dəfə nigerlərə canlı toyuqla meydançaya daxil olmağa qadağa qoyub.
Kalininqrad Mədəniyyət Mərkəzinin rəhbəri Andrey Ermak nigerlərin toyuqla tribunaya daxil olmaqla bağlı müraciətlərinə "yox" cavabı verib.
"İstəsələr matçdan öncə stadionun arxasında toyuqla gəzə bilərlər, amma stadiona toyuq apara bilməzlər", deyə mərkəz rəhbəri bildirib.