Texnologiyanın inkişafı, müasir silahların yaranması artıq uzaq məsafələrdən hədəfi daha səssiz və dəqiqliklə vurmağa imkan verir.
Teleqraf.com tarixdə iz qoymuş kəskin nişançılarla bağlı məlumatları təqdim edir:
1. Kristofer Reynold
İngilis ordusunun əsgəri Kristofer Reynold “Şahin göz” ləqəbi ilə tanınır. O, bu ləqəbi 1500 metrdən uzaqda olan “Taliban” komandirlərindən birini vurandan sonra alıb. O, 3 gün binanın damında tərpənmədən külək və məsafə hesablamaları aparıb, düzgün vaxt seçib və bir atəşlə hədəfi vurub.
2.Karlos Hathkok
ABŞ ordusunun ən tanınmış snayperlərindən olan Hathkok Vyetnam müharibəsinin qəhrəmanlarındandır. Papağına qoyduğu tük səbəbindən “Ağ tük” ləqəbi ilə tanınıb. İxtiraçı əsgər olan Hathkok özü üçün linzalar vasitəsi ilə xüsusi nişangah yaratmışdı.
3.Kreyq Harrison
İngiltərəli Kreyq Harrison 2475 metr məsafədən hədəfi vurub. O, ən uzaq məsafədən dəqiq atəşlə düşməni vuran kəskin nişançıdır. Kreyq Əfqanıstan və İraq əməliyyatlarında orduda mühüm rol oynayıb. K.Harrison silahın imkan verdiyi məsafədən 500 metr daha uzaqdan atəş açaraq hədəfi məhv edib.
4.Kris Kayl
Maraqlı həyat hekayəsinə sahib olan Kayl ABŞ-ın ən populyar snayperidir. İraq əməliyyatlarında 6 dəfə könüllü olaraq iştirak edib və ümumilikdə 255 nəfəri zərərsizləşdirib. Kayl 2013-cü ildə İraq müharibəsinin veteranı olan başqa bir hərbçi tərəfindən öldürülüb.