Bir vaxtlar dünyanın ən qorxulu narkobaronu olan Pablo Eskobarın tikdirdiyi malikanənin indiki vəziyyəti görənləri təəccübləndirir.
Teleqraf.com xəbər verir ki, Eskobar villanı 1984-cü ildə tikdirib. O, evə qızı Manuelanın adını qoyub.
Malikanənin özünə aid hovuzu, tennis və futbol meydançaları, barı və kater estakadası olub. Futbol meydançası eyni zamanda vertolyot enişi yeri kimi istifadə olunurdu
1993-cü ildə Eskobarın rəqibi olan Los Pepes qrupu evi partladıb.
Eskobar qızını çox istəyirmiş. Hətta düşmənlərdən qaçdığı zaman qızını soyuqdan qorumaq üçün 2 milyon dolları yandırdığı da iddia olunur.
Pablo Eskobar öldükdən sonra ailəsi 1995-ci ildə ölkədən qaçaraq Argentinaya köçüb.
Hazırda malikanə dövlətin nəzərindədir.