Avstraliyadan olan elm adamları quşlarla bağlı ilginc məqamları üzə çıxarıblar.
Teleqraf.com xəbər verir ki, elm adamları quşların təhlükələrə qarşı digər quş növlərinin “dillərini” öyrəndikləri üzərində uzun müddətdir araşdırma aparırdılar.
Quşlar bunu baş verə biləcək təhlükələrdən əvvəlcədən xəbərdar olmaq üçün edirlər. Buna görə də onlar bir neçə “dil” öyrənmək qabiliyyətinə malikdirlər.
Digər növlərin səslərini öyrənməyə çalışan quşlar beləliklə ovçuların, yaxud digər təhlükələrin bölgəyə yaxınlaşdığını təsbit edərək, sağ qalmaq şanslarını artırırlar.