Hondurasda Roza Castellanos Diaz adlı qadın sevgilisini itirməmək üçün qəribə fənd işlədib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, qadın münasibətdə olduğu Melvin Mendoza onu tərk etməsin deyə hamilə olduğunu bildirib. Bu azmış kimi, qadın 9 ay hamilə olduğu görüntüsünü yaradıb.
Daha sonra qadın ərinə qəfildən onu sancı tutduğunu, xəstəxanaya gedib əkiz uşaqlar dünyaya gətirdiyini deyib. O, Mendozaya uşaqlardan birinin öldüyünü, digərinin isə xəstəxanada müalicə olunduğunu bildirib. Kişi "ölən uşaq hanı?" soruşunca Roza "Məzarlıqdadır" deyib. Məzarlığa gedin qəbiri açan kişi oradan yalnız uşaq oyuncağı tapıb. Qadının onu aldatdığını başa düşsə də, Melvin ondan şikayətçi olmayıb. Lakin məsələ mətbyuata sızıb. Latin Amerikasında qəzetlər bu qəribə eşq hekayəsini tirajlayıb.