Vitvatersranda Universitetinin arxeoloqları Kristofer Henşilvudun rəhbərliyi altında Cənubi Afrikanın Blombos mağarasında bu günə qədər ən qədim sayılan şəkil tapıblar.
Teleqraf.com mk.ru-ya istinadən xəbər verir ki, tapılan fraqment biri-birilə kəsişən qırmızı xətlərdən ibarətdir.
Şəkilin 73 min il bundan əvvəl yaradıldığı bildirlir.
Bu tapıntı ilə bağlı araşdırmanın nəticəsi "Nature" jurnalında dərc edilib.