Buenos-Ayresdə səmada müşahidə olunan cisim böyük marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən video-material insanlar arasında iki fikrin yaranmasına səbəb olub.
Bir qrup səmadakı yad çisimin meteoroid olması faktını dəstəkləyiblər.
Digər qrup isə bunun "uçan boşqab"a daha çox bənzədiyini iddia ediblər.
Mütəxəssislər hesab edirlər ki, bu cisim meteoroidə bənzəsə də, o, həddindən artıq sürətlə hərəkət edir və gözdən itir, meteoroid isə adətən, səmada bir müddət görünür.