2006-cı ildə ABŞ prezidenti Donald Tramp ilə cinsi əlaqədə olduğunu iddia edən erotik film ulduzu Stormy Daniels qatıldığı tele-proqramda "Tramp ilə cinsi əlaqə zamanı ölmək üçün dua etdim", deyə bildirib.
"Əlaqədən öncə Tramp məndən onu qırmanclamağımı xahiş etdi. Onun arxasına bir neçə qırmanc vurdum. Onunla əlaqə mənim üçün kabusa döndü. O zaman ölmək üçün dua edirdim", deyə Stormy Daniels qeyd edib.
Qeyd edək ki, porno ulduz Stormi Daniels 2006-ci ildə Tramp ilə cinsi əlaqəyə girdiyini iddia edib. O, 2016-cı ilin oktyabrında prezident seçkilərindən öncə səssiz qalması üçün 130 min dollar qarşılığında müqavilə imzaladığını deyib. Tramp Fox TV-yə müsahibəsində deyib ki, o xanıma pulu seçki kampaniyası üçün yığılmış vəsaitdən deyil, öz cibindən ödəyib.