6 Oktyabr 2018 08:35
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı astronavt Ceyson Kallum ( Jason Kallium) qeyri-adi hadisənin şahidi olub.

Teleqraf.com xəbər verir ki, astronavt kosmosda karetaların hərəkətlərini izləyərkən qəribə cisim görüb.

Belə ki, uçan naməlum qara cisim Ayın üzərindən uçuş edərək gözdən itib. O, bunu videoya çəkib və dərhal sosial şəbəkələrdə paylaşıb.

Özü cisim barədə hər hansı bir fikri irəli sürməkdən çəkinsə də Ceyson bunun planetimizdə bir neçə dəfə müşahidə olunmuş “Qara cəngavər” adlı uçan naməlum obyekt olduğunu güman edib.

Sosial şəbəkə iştirakçıları isə “Qara cəngavər”in mövcudluğu barədə NASA-da məlumat olduğunu deyib və bu məlumatların ictimaiyyətdən gizlənməsinə etiraz ediblər.


Müəllif: Mirvari Əzizova