Sağlamlıq baxımından müxtəlif faydaları olan sarımsaq əsl şəfa qaynağıdır.
Teleqraf.com xəbər verir ki, dərman kimi udulan sarımsağın təhlükəli olduğu iddia edilib.
Bir diş sarımsaq udmağın faydaları bəs nələrdir?
Əgər gecə yatmazdan əvvəl bir diş sarımsaq udsanız saç tökülməsinin qarşısını alacaq və saçlarınız, güclü, gur, parlaq olacaqdır.
Cinsi gücü artırmaq xüsusiyyətinə malik sarımsaq hətta zəhərlənmənin də qarşısını alır.
Soyuqdəymə, qrip kimi xəstəliklərin sağalmasında köməyi çoxdur.
Hər gün nizamlı olaraq sarımsaq udmaq xərçəng riskini azaldır və müxtəlif xəstəliklərə qarşı insanda immunitet yaradır.
Bəs sarımsaq udmağın zərərləri nədir?
Həddindən artıq sarımsaq udmaq insanda mədə problemi yaradır. Xüsusilə mədəsində qastirit olan insanlara bir dişdən artıq sarımsaq udmamaq tövsiyyə edilir. Çox sarımsaq udmaq mədədə və mədəyə gedən yolda yanma və acı hissinə səbəb ola bilər.
Əgər gündəlik olaraq dərman qəbul edirsinizsə, bu zaman sarımsaq udmaq üçün mütləq həkiminizlə məsləhətləşin.
Aytən