15 Dekabr 2018 00:13
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Şimal-Qərb Torpaqları əyalətindəki Diavik mədənində 552 karatlıq (110,4 qram) sarı almaz tapılıb.

Bu, Şimali Amerikada indiyədək tapılan ən iri almazdır. Bundan əvvəlki rekord 1888-ci ildə tapılmış 440 karatlıq sarı almaza məxsusdur.

Mədənin sahibi olan “Dominion Diamond Mines” şirkətinin baş direktoru Şeyn Dörgin daşın zərgər keyfiyyətində olduğunu, lakin dəyərini təyin etmək üçün hər hansı əlamətini aşkar etmədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Hindistan dünyada ilk dəfə almaz birjası yaradıb.


Müəllif: Mənbə/Report