22 Fevral 2019 00:45
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa sakini Nazim Qasımovun öz evində qoruyub saxladığı bu royalın 201 yaşı var. İstehsal olunduğu il də musiqi alətinin üzərində olan lövhədə həkk olunub. Musiqi alətinin təsisçisi metal lövhədə öz adını və istehsal olunduğu şəhərin adını qeyd edib. Almaniyanın Leybsiq şəhərində hazırlanan royalın müəllifi usta Jemlerdir.

Royalın üz qabığında 15 ədəd medal da var. Bu medalları təqdim edən Berlin, Harli, Leybsiq, Maqdebur və digər şəhərlərin adları da metal lövhədə oyma ilə qeyd edilib.

Kolleksiyaçı deyir ki, bir neçə il bundan qabaq Ağstafa rayonuna qonaq gələn italyalı və alman qonaqlar musiqi alətini görərək heyrətləniblər. Əcnəbi qonaqlar hətta musiqi alətini almaq üçün qiymət deməyə də çətinlik çəkiblər.

Nazim Qasımov bu antik musiqi alətini gələcəkdə yüksək qiymətə satmaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər