3 Mart 2019 18:28
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” şirkəti məxfi layihə çərçivəsində steyblkoin adlı kriptovalyutanın yaradılması üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, steyblkoin WhatsApp istifadəçiləri üçün dostlar və qohumlara ani köçürmə etmək imkanı yaradacaq.

Bildirilir ki, steyblkoin ABŞ dolları və digər dayanıqlı valyutaların məzənnəsinə bağlı olan rəqəmsal valyuta növüdür.

Qeyd olunur ki, layihə artıq xeyli irəliləyib, çünki “Facebook” kriptovalyuta birjaları ilə steyblkoinin satışına dair danışıqlar aparıb.


Müəllif: Teleqraf.com