10 Mart 2019 00:29
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon dənizində sərnişin gəmisi nəhəng dəniz canlısı ilə toqquşub.

The Japan Times nəşrinin yazdığına görə, hadisə Sado adası yaxınlığında baş verib.

Güman olunur ki, gəmi balina ilə toqquşub.

Bildirilir ki, gəmidə 121 sərnişin və 4 nəfər ekipaj üzvü olub.

Toqquşma nəticəsində 80 nəfər xəsarət alıb. Onlardan 13 nəfərin vəziyyəti ağırdır.

Oxu.az


Müəllif: Teleqraf.com