ABŞ-ın “MSNBC” telekanalının canlı yayımında baş verənlər izləyiciləri təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, proqramın aparıcısı telekanalın Suriyadakı müxbirinə bağlanan vaxt qəribə olayla üzləşib.
Həmin an canlı yayıma bağlanmasından xəbərsiz olan Suriya müxbiri saçı ilə məşğul idi.
Suriyadakı son hadisələrlə bağlı xəbər vermək üçün gözləyən müxbir əvvəlcə sağ əlinə tüpürüb saçına çəkir, sonra isə sol əlinə tüpürüb eyni hərəkəti təkrar edir. Vəziyyətdən xəbərdar olan aparıcı isə bağlantının alınmadığını əsas gətirərək, müxbiri yayımdan çıxarıb.
Həmin anın fotoları: