24 Aprel 2019 07:45
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Smartfonun 100% enerji toplaması akkumulyatorun xidmət müddətini azaldır. Bu haqda “Mail.ru Hi-Tech” portalının rəhbəri Dmitri Ryabin deyib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssisə görə, smartfonun 100% enerji toplamasından sonra çox az sayda istifadəçi cihazı rozetkadan ayırır: "siz prosesi həmin an dayandırmaq üçün yəqin ki indikatoru izləmirsiniz. Enerji yığmaqda olan smartfon 100% şarjı dəstəkləmək üçün enerji toplamağa davam edir və deməli, batareya şəbəkədəki gərginliyin təsiri altında qızmağa davam edir" – o deyib.

Ekspertin sözlərinə görə, smartfon 90% enerji topladıqda onu rozetkadan ayırmaq məsləhətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər