26 Aprel 2019 07:05
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada yoxsul və zəngin insanlara hava və ətraf mühitin çirklənməsi fərqli şəkildə təsir edir.

Teleqraf.com xəbər verir ki, bu qənaətə İngiltərədə aparılan araşdırmalardan sonra gəlinib.

Araşdırmaya görə, zəngin insanlar daha çox dəniz məhsulları istifadə etdikləri üçün bədənlərində daha çox civəyə rast gəlinir. Eyni zamanda zənginlər daha çox qolf oynadıqlarından zərərli təsirlərə tez məruz qalırlar. Çünki qolf meydançalarını zərərvericilərdən qorumaq üçün kimyəvi maddələrdən istifadə olunur.

Yoxsullar isə ekoloji cəhətdən çirklənmiş ərazilərdə yaşadıqları üçün xəstələnirlər.

Exeter Universitetinin Tip Fakültəsinin ətraf və insan sağlamlığı şöbəsinin professoru Mixail Depledqe araşdırmanın nəticəsini İngiltərə parlamentinə təqdim edib. Professor toplumun fərqli təbəqələrinin məruz qaldığı fərqli kimyəvi təsirləri göz önünə alaraq bunların insanlar üzərindəki təsirlərindən daha ətraflı baş çıxarmağın mümkünlüyünü bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər