Türkiyənin məşhur ilahiyyatçısı Mustafa Karataşın dolların kursu ilə bağlı açıqlaması gündəm yaradıb.
Teleqraf.com xəbər verir ki, “Show TV”də yayımlanan “Bir Ramazan” verilişinin qonağı olan professorun izləyicinin sualına cavabı geniş müzakirələrə səbəb olub.
İlahiyyatçının “Məscidə dollar yardımı edilərsə, dollar qalxdıqca savabımız artarmı” sualına verdiyi “Məzənnə artdıqca savab da artar” cavabı birmənalı qarşılanmayıb.
Canlı yayımlanan verilişdə Mustafa Karataş bildirib ki, məscidə verilən yardımlar təkcə məscidə deyil, Allah-təalaya verilir: “Sizin savabınız nə qədər çox iş görürsə, nə qədər uzun müddət davam edirsə, o qədər də savabı artar. Nəticədə dolların məzənnəsi artarsa, savab da artar”.