5 İyul 2019 23:15
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“British Airways”da çalışan üç təyyarəçisi qaldıqları oteldə soyunaraq dəhlizlərdə gəzməsi və ümumi atmosferi pozmaları səbəbi ilə nömrədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sun” qəzeti xəbər yayıb.

Üç şəxsdən biri xanım, ikisi isə kişi olub. “British Airways”ın uçuş personalı olan bu şəxslər Sinqapurda qaldıqları oteldə əvvəl spirtli içki qəbul edib, daha sonra soyunaraq otelin foyesində gəzib və digər nömrələrin qapılarını döyməyə başlayıblar.

Sinqapurdan Londona göndərilən “üçlüyün” oteldə yaratdıqları rəzalət səbəbindən işdən çıxarılacağı gözlənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər