12 İyul 2019 07:05
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkəti “Windows” və “Windows Server” əməliyyat sistemlərinin müxtəlif redaksiyaları, “Edge” və “Internet Explorer” brauzerləri, “Office” proqramlar paketi, “SharePoint, Exchange Server” və “.NET Framework” platformaları, SQL Server VBİS, “Visual Studio” və həmçinin başqa proqram məhsullarında boşluqları aradan qaldıran düzəliş və təhlükəsizlik paketlər dəstini təqdim edib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, korporasiyanın saytında dərc edilmiş məlumatlara əsasən, “Microsoft”un mütəxəssisləri tərəfindən təxminən 80 boşluq aradan qaldırılıb.

Təhlükəsizlik paketlərini “Microsoft”un məhsullarına quraşdırılmış avtomatik yeniləmə vasitəsi ilə yükləmək mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər