28 İyul 2019 17:42
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrats Texnologiya Universitetinin (Avstriya) alimləri insanların əksəriyyətinin almanı düzgün yemədiyini müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, almalarda insan orqanizminə, xüsusən mədə-bağırsaq sisteminə müsbət təsir göstərə biləcək çox sayda faydalı bakteriya tapılıb. Belə ki, mağazadan alınan, yaxud həyətdən yığılan almanın hər qramında tərkibində təxminən 500 min müxtəlif bakteriya olduğu müəyyənləşib.

Alimlər tədqiqatın gedişi zamanı faydalı mikroorqanizm-probiotiklərin 90 faizinin almanın özəyində olduğu qənaətinə gəliblər. Beləliklə, meyvədən bəhrələnmək üçün onu mütləq gəmirərək yemək lazımdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər