18 Avqust 2019 20:27
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Portkavl qəsəbəsində yeni ümumi tualetlərin quraşdırılmasına başlanılıb.

Uels sahillərində yerləşən qəsəbə sakinlərinin ümumi tualetlərdə bəzi insanların tez-tez cinsi əlaqəyə girməsindən şikayət etməsi ilə əlaqədər bələdiyyə yeni sistemlə işləyən tualetlər sifariş verib. Özəl firmalar tərəfindən hazırlanan yeni tualetlərin içərisində normadan artıq hərəkətlilik yaşanarsa avtomatik olaraq qapılar açılacaq və tavandan salona su fışqıracaq.

Bildirilir ki, bu tualetlərin hər biri qəsəbə bələdiyyəsinə 170 min funt-sterlinqə, təxminən 400 min manata başa gələcək. Yerli əhalinin narazılığının qarşısını almaq üçün, həmçinin sahildə dincələn turistlərin tualetdə cinsi əlaqəyə girməməsi məqsədi ilə icad edilmiş bu tualetlər artıq digər şəhərlərin də diqqətini cəlb edib.


Müəllif: Mənbə/Publika.az