6 Noyabr 2019 22:54
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayan Qadadovlar ailəsində dördəm dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, uşaqlardan 1-i oğlan, 3-ü isə qız övladıdır.

Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar. Uşaqların vəziyyəti qənaətbəxşdir.

Uşaqların valideynlərinin sözlərinə görə, övladlarının dördəm olacağını biləndə təəccüb hissi keçiriblər.

Uşaqların anası Reyhan Qadadova deyib ki, artıq indidən uşaqları səhv salır. Körpələrə verilən adlarının isə maraqlı və bir o qədər də duyğusal tarixcəsi var.

Dördəmlərin babasının sözlərinə görə, bu körpələrlə birlikdə nəvələrinin sayı 14-ə çatıb.

Qeyd edək ki, orta statistikaya görə, hər il ölkədə 4-5 dördəm dünyaya gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər