2 Fevral 08:34
1 780

Taylandın Phang Nga şəhərində maraqlı hadisə yaşanıb.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, 60 yaşlı fermer ördəklərini qorumaq üçün çəkdiyi məftilə iki ilanın ilişdiyini görüb. Cütləşmək istəyən kobralar həmin yerdə tələyə düşüblər. Fermər dərhal kömək çağırıb. Xilasedicilərin köməyi ilə 2.5 metrlik ilanlar azad olunublar.

Daha ətraflı videoda:


Müəllif: Teleqraf.com