3 İyul 2020 01:16
5 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarov keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov İnstaqram hesabında Leyla Əliyeva ilə birgə fotosunu paylaşaraq təbrikini ünvanlayıb.

O, Leyla Əliyevanın həqiqi dost, möhtəşəm ana olduğunu qeyd edib: "Həmişə xoşbəxt ol, heç nə səni dayandıra bilməsin".

Qeyd edək ki, Emin Ağalarov və Leyla Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var.


Müəllif: Teleqraf.com