7 Sentyabr 2020 20:58
4 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hyundai” və “Kia” avtomobil şirkətləri ABŞ-da 600 minə yaxın avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu qərar əyləc mayesinin sızması ilə əlaqədardır. Qeyd olunur ki, bu qüsur nəticəsində avtomobildə qısaqapanma ola və mühərrik hissəsində yanğın baş verə bilər.

Geri çağırılma 2013-15-ci illərdə istehsal olunmuş 440 min “Kia Optima” və “Kia Sorento”, eləcə də 151 min “Hyundai Santa Fe” modellərinə şamil olunur. Avtomobil sahiblərinə təmirədək həmin avtomobilləri sürməmək tövsiyə edilib.

Bu günədək həmin qüsurlarla əlaqədar 15 “Hyundai” və 8 “Kia” avtomobilində yanğın qeydə alınıb.


Müəllif: Teleqraf.com