Türkiyəli alimlər koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ankaranın Bilkent Universitetindən bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, yeni cihazın əsas üstünlüyü əldə olunan nəticələrin 99 faizinin dəqiq olmasıdır. "Diagnovir" adlı yeni cihazla testin həyata keçirilməsi üçün burundan yaxma götürülmür. Bunun əvəzinə ağızın selikli qişasından nümunə götürülür və xüsusi maye ilə qarışdırıldıqdan sonra cihaza yerləşdirilir.
Milli Nanotexnologiya Tədqiqat Mərkəzi Əli Aytak Seyman bildirib ki, koronavirus testi üzrə müsbət cavab 5-10 saniyə ərzində almaq olar. Lakin testin cavabı mənfidirsə, bu, 20 saniyə keçdikdən sonra bəlli olacaq.