4 Fevral 2021 01:16
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amazon” korporasiyasının banisi Ceff Bezos 2021-ci ildə şirkətin baş direktor vəzifəsi tərk edəcək və direktorlar şurasının icraçı sədri vəzifəsini tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.

"Qurucu və baş direktor Ceff Bezos 2021-ci ilin üçüncü rübündə (direktorlar şurası-red) icraçı sədr vəzifəsinə keçəcək, onun yerini Endi Cessi tutacaq", - xəbərdə deyilir.

Bezosun fikrincə, şirkətin yaxşı maliyyə göstəriciləri və sabit vəziyyəti ona öz vəzifəsini dəyişməyə imkan verir. “Hazırda "Amazon"un innovasiyanın ən yüksək səviyyəsində olduğunu görürəm və bunun sayəsində belə bir dəyişikliyin vaxtı gəldi", - mətbuat xidməti şirkətin baş direktorunun sözlərini sitat gətirib.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyada ən varlı insandır.


Müəllif: Teleqraf.com