1 Aprel 2021 00:14
2 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” şirkəti 2021-ci ildə yenidən onlayn formatda baş tutacaq illik Ümumdünya Developerlər Konfransının (WWDC) keçiriləcəyi tarixi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, tədbir iyunun 7-11-də keçiriləcək.

Tədbirdə yeni cihazların təqdimatı gözlənilməsə də, “Apple” cihazları üçün yeni nəsil əməliyyat sistemlərinin son versiyaları təqdim olunacaq. O cümlədən “iPhone” smartfonları üçün “iOS 15”, “iPad” tabletləri üçün “iPadOS 15”, “Apple” noutbukları və kompüterləri üçün “macOS 12”, “Watch” “ağıllı” saatları üçün “watchOS 8” və “Apple TV” multimedia konsolu üçün “tvOS 15” nümayiş olunacaq.


Müəllif: Teleqraf.com