ABŞ Hərbi Hava Qüvvələri və “Exosonic” şirkətinin birgə hazırladığı səsdən sürətli təyyarə 2030-cu ildə istifadəyə hazır olacaq.
Teleqraf.com xəbər verir ki, təyyarənin saatda 2 205 kilometr sürətlə uça biləcəyi bildirilib.
Təyyarənin 31 sərnişin tutumuna sahib olacağı deyilib.
“Exosonic” şirkətinin dizayneri Stefaniya Çaçan təyyarənin hazırda digər təyyarələrdə istifadə edilməyən texnologiyaları tətbiq edərək hazırladıqlarını bildirib. Lakin o, bu görünməmiş texnologiyalar haqqında heç bir məlumat verməyib.
Çaçan təyyarənin dünyada ən sürətli quşlardan biri olaraq xarakterizə edilən şahindən ilham alınaraq hazırlandığını deyib. Digər tərəfdən təyyarədə iki mətbəx və iki ayaqyolunun olacağını qeyd edib.
Amerika mediası xüsusi təyyarənin ABŞ prezidentləri üçün hazırlandığını yazıb.