7 May 2021 09:05
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın hər anı, hər saniyəsi maraqlıdır. Bəzən bunu biz edirik, bəzən də ətrafımızda olur, amma bunlardan xəbərsiz oluruq. Bunlar duyduğumuz an ya bizi xoşbəxt edir, ya da təəccübləndirir.

Teleqraf.com insanların diqqətini çəkən bir sıra maraqlı məlumatları təqdim edir.

Əgər tərəvəzli yemək yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, bu, temperaturunuzu aşağı salacaq.

Çində uşaqlar doğulduqdan sonra 1 yaşında sayılırlar.

Sinqapurda üstündə saqqız gəzdirmək və satmaq qadağandır.

Bir zürafə dili ilə qulaqlarını təmizləyə bilir.

Burun və qulaqlarımız həyatımız boyu böyüsə də, gözlərimiz böyümür.

Bir yumurtalıq əkizi olan iki qadın bir yumurtalıq əkizi olan iki kişi ilə evlənsə, uşaqları genetik olaraq bacı-qardaş olacaq.

Dünyanın ən uzun ağacı olan Hiperionun yeri bir neçə elm adamından başqa kimsə bilmir.

Təkcə dovşanlar və tutquşular başlarını döndərmədən arxalarını görə bilirlər.

Begemotlar üzəndə tərləri qırmızı rəng alır.

Hər dəfə asqıranda beyin hüceyrələrinin bir hissəsi ölür.

Soğan doğrayarkən saqqız çeynəsəniz ağlamayacaqsınız.

Asqırarkən burnunuzu və ağzınızı eyni anda qapamayın: gözləriniz yerindən çıxa bilər.

Hər gün 12 yeni doğulan kərpə yanlış ailəyə verilir.

Braziliyadakı dünyanın ən geniş yolunda 160 avtomobil yan-yana gedə bilər.

Dəvəquşuların gözləri beyinlərindən böyükdür.

Yarasalar həmişə bir mağaradan çıxanda sola dönürlər.


Müəllif: Mənsur Rəğbətoğlu