25 May 2021 15:49
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süd Yolu tipik bir qalaktikadır və böyük ehtimalla digər qalaktikaların toqquşması nəticəsində yaranmayıb.

Teleqraf.com xəbər verir ki, məşhur fərziyyə Süd Yolu kimi qalın və nazik diskləri olan UGC 10738 qalaktikasını tədqiq edən Avstraliya alimləri tərəfindən təkzib edilib.

Astrofiziklər tapıntılarını “Astrophysical Journal Letters”də dərc olunmuş bir məqalədə yayımlayıblar.

İddiaya görə, qalın və nazik disklər baş vermiş fəlakət səbəbindən əmələ gəlib və spiralvari qalaktikalar üçün tipik deyil. İncə diskdə ulduzların 85 faizi yerləşir, qalın diskdə isə qalaktikanın əmələ gəlməsinin ilk mərhələlərində yaranmış qədim ulduzlar var. Bununla yanaşı, elm adamları VLT-dən (Böyük Teleskop) istifadə edərək müşahidələr aparıblar və bənzər strukturların Yerdən 320 milyon işıq ili uzaqlıqda yerləşən UGC 10738-də mövcud olduğunu aşkar ediblər.

Bu, Süd Yolunun böyük ehtimalla adi şəkildə əmələ gəldiyini göstərir.

Günəş Süd Yolunun incə diskində yerləşir və heliumdan 1.5 faiz daha ağırdır. Qalın diskdəki ulduzlarda heliumdan 3-10 dəfə daha yüngül elementlər var. Element nisbətindəki fərq qalın və nazik disklərə xas xüsusiyyətdir. Bənzər quruluşlar çox sayda qalaktikada müşahidə edilib. Lakin Süd Yolunun diskləri ilə eyni xüsusiyyətə sahib olub-olmadığı bilinməmiş qalır.

VLT məlumatları UGC 10738-də ulduzların yaşa görə paylanmasının qalaktikamızdakı ilə oxşar olduğunu təsdiqləyib. Beləliklə, Süd Yolu və UGC 10738 qalaktikalarının oxşar şəkildə inkişaf etdiyi bildirilib. Bu, astronomların bundan əvvəlki fərziyyələrini təkzib edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər