Quql şirkəti “IoT” (“Internet of Things” – əşyalar interneti) seqmenti üçün nəzərdə tutulmuş “Fuchsia” əməliyyat sistemini təqdim edib.
Teleqraf.com xarici saytlara istinadən xəbər verir ki, yeni əməliyyat sıfırdan yazılıb, “Fuchsia” sistemi “Zircon” adlı mikronüvə üzərində qurulub. Əməliyyat sisteminin hazırlanmasına 2016-cı ildə başlanılıb. Quql tərəfindən təqdim edilmiş açıq mənbə koduyla proqram təminatı “Linux”a əsaslanmır.
“Fuchsia 1.0” birinci nəsil “Nest Hub” smart ekranlarında əlçatan olacaq.