9 İyun 2021 10:46
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da pilotsuz tanker dronu ilə qırıcı təyyarə səmada yanacaqla təmin edilib və bununla da bir ilkə imza atılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Donanması məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, tarixdə ilk hadisədir. Sınaqlar zamanı tanker dronu havada qırıcıya 150 litr yanacaq vurub.

Bildirilib ki, qırıcıya havada F/A Super Hortnet Boeingə aid MQ-25 dronu yanacaq ötürüb.

Bununla da MQ-25 həm də havada qırıclara yanaq ötürəcək dron kimi tarixə düşüb.

Qeyd edlir ki, 6800 litrə qədər yanacaq daşımaq imkanına malik olan tanker dronu eyni zamanda kəşfiyyat və müşahidə xidmətləri də göstərəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər