19 İyun 2021 16:07
3 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında bu həftə istilik 48 dərəcəyə çatdıqdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın qərb bölgələrində havanın temperaturu gözlənilmədən qalxıb.

Kaliforniya və digər qərb ştatlarındakı bəzi bölgələr bu həftə 48 dərəcə istiliklə rekordlar qırılıb.

Kaliforniya qubernatoru Qavin Nyuson həddindən artıq istilərə görə kondisionerlərdən intensiv səbəbiylə elektrik xətlərindəki yükü azaltmaq üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Əhalidən paltaryuyan və qabyuyan maşınlardan istifadə etməmələri və enerjiyə qənaət etmək üçün əllərindən gələni etmələri istənilib.

San-Fransisko üçün də bu xəbərdarlıq edilib və bir neçə nöqtədə soyutma mərkəzlərinin qurulduğu bildirilib.

Son 1200 ildir belə istiliyin müşahidə olunmadığı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu