İngilis milyarder Riçard Branson və 6 nəfərlik komandası bu gün kosmosa ilk sınaq uçuşunu edəcək.
Teleqraf.com xəbər verir ki, səyahətin təxminən 90 dəqiqə çəkməsi planlaşdırılar.
Branson və heyəti ABŞ kosmik gəmi istehsalçısı “Virgin Galactic”in təxminən 20 ildir üzərində çalışdığı “VSS Unity” ilə kosmosa çıxacaqlar.
Kosmik səyahət xərclərinin isə 250 min dollar olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl “Amazon”un qurucusu Ceff Bezos iyulun 20-də “Blue Origin” kosmik şirkətinin ilk insan uçuşu ilə kosmosa gedəcəyini açıqlamışdı.