27 Avqust 2021 09:35
4 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Günəş sistemindən kənarda həyatın mümkün olduğu bir çox planet kəşf etdiklərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, yeni kəşf Yerdən kənarda həyat axtarışında dönüş nöqtəsi ola bilər.

İngiltərədəki Kembric Universitetinin tədqiqatçılarının "Hycean" adlandırdıqları planetlər okeanlarla əhatə olunub və hidrogenlə zəngin atmosferə malikdir. Bəzi planetlərin bir tərəfi daimi qaranlıq, digər tərəfi isə işıqlıdır.

Ulduzlara yaxın olduqları üçün həyatının yalnız qaranlıq tərəfdə mümkün olduğu düşünülür.

"Kiçik Neptun" adlandırılan, radiusu Yerdən iki dəfə çox və kütləsi səkkiz qat çox olan planetdə həyatın mümkün olduğu ehtimal edilir. Mütəxəssislər hesab edirlər ki, yaxın iki-üç ildə həyatın ola biləcəyi planetlərin növlərini yenidən nəzərdən keçirilməsi nəticəsində Günəş sistemindən kənarda həyat əlamətlərinin aşkar edilməsi mümkün ola bilər.

"Hyceans" adlandırılan planetlər qrupu istidir, okeanla örtülmüş və hidrogenlə zəngin atmosferə malikdir. Yerə bənzər planetlərlə müqayisədə belə planetlər daha çoxdur və müşahidə etmək daha asandır. "K2-18b" və ya "Kiçik Neptun" adlandırılan planet onlardan yalnız biridir.

Araşdırmanın koordinatorlarından biri olan Nikku Medhusudxan "Hycean" planetlərini "hidrogenlə zəngin atmosferə malik su dünyaları" adlandırıb. O deyib ki, belə planetlərin tapılmasına diqqət yetirmək, Yerdən kənarda həyat axtarışını daha da sürətləndirə bilər.

Elm adamı noyabrda NASA tərəfindən kosmosa buraxılması gözlənilən "James Webb" kosmik teleskopunun dəstəyi ilə önümüzdəki iki-üç ildə ilk bioloji göstəriciləri kəşf edə biləcəklərini də bildirib. O, Yerə bənzər kiçik planetlərin atmosfer xüsusiyyətlərinin Günəşə bənzər ulduzlara yaxın olduqları üçün həyat əlamətlərini kəşf etməyi çətinləşdirdiyini qeyd edib.

Orta atmosfer temperaturu 200 dərəcəyə çatan bu planetlərin radiusu Yerdən iki dəfə böyükdür və kütlələri 10 qat artıqdır. Kembric Universitetinin araşdırma qrupu bu planetlərin kütləsinin 90 faizinin su olduğunu açıqlayıb. Amma qrupun iddiasına görə, "qaranlıq okean" adlandırılan daimi qaranlıq tərəf xaricində həyat mümkün olmaya bilər. Bunun səbəbi, planetlərin ulduzlarına çox yaxın olması və parlaq tərəfinin həyatın mümkün olması üçün çox isti olmasıdır. Bir sözlə, həmin planetdə həyat varsa, o da sudadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər