26 Sentyabr 2021 08:11
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları kosmosda sirli nəhəng boşluq aşkar etdiklərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Astrophysical Journal Letters”də dərc olunan məqalədə bildirib.

Araşdırmaya rəhbərlik edən Harvard Universitetinin Astrofizika Mərkəzinin (CfA) tədqiqatçısı Şmuel Biali bu “nəhəng şar”ın səthində yüzlərlə ulduzun olduğunu deyib:

“Bunun yaranması ilə bağlı iki nəzəriyyəmiz var. Boşluğun mərkəzində bir supernova partlaya, qazları xaricə itələyərək, Persey və Torosu əmələ gətirə bilərdi. Yaxud milyonlarla il ərzində əmələ gələn onlarla supernovanın zamanla yarandığı ehtimalı var”.

Elm adamları Persey və Torosun molekulyar buludlarının əslində bir-birindən ayrı olmadığını düşünürlər. Hər iki bürcün supernova partlayışından sonra eyni zərbə dalğasından əmələ gəldiyinə inanırlar.

Tədqiqatçılar bürclərin molekulyar buludlarının forma və ölçüsünün üçölçülü xəritələrini təhlil edərkən nəhəng boşluğu tapıblar. Tədqiqatda Avropa Kosmik Agentliyinin (ESA) Qayya rəsədxanasının məlumatlarından istifadə edilib.

Biali hazırlanan xəritənin elm dünyası üçün böyük inkişaf olduğunu söyləyib:

“Molekulyar buludlar ilk dəfə 3D olaraq xəritələnib. Biz onilliklər ərzində bu buludları müşahidə etmişik. Ancaq əsl şəklini, dərinliyini və qalınlığını heç vaxt bilmirdik. Buludların nə qədər uzaq olduğunu da bilmirdik”.

Araşdırmanın müəlliflərindən biri Ketrin Züker hazırda molekulyar buludların harada yerləşməsinin yalnız 1 faiz qeyri-müəyyənliklə bildiklərini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər