ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) təqaüddə olan agenti Robin Drik insanların yalan danışarkən yol verdikləri davranışlarla bağlı maraqlı fikirlər səsləndirib.
O, insanların yalanlarını üzə çıxaran 8 əlaməti sadalayıb.
Teleqraf.com Robin Drikin mövzu ilə əlaqədar fikirlərini təqdim edir.
Özlərindən əmin şəkildə danışırlar
Robin Drik deyir ki, yalan danışan insanlar tez-tez “həmişə” və “əsla” kimi ifadələrdən istifadə edirlər.
Drik bu cür ifadələrdən istifadə edən insanların nadir hallarda doğru danışdıqlarını söyləyir: “Məsələn, “Mənə heç vaxt kompliment demirsən” dedikdə, sadəcə bunu deməyin üçün sənə içində yalvarırlar: “Doğru demirsən. Sənə iltifat etdiyimi xatırlayıram”.
Dürüst və etibarlı insanların mütləq ifadələrdən qaçdığını bildirən keçmiş FTB agenti bu şəxslərin “adətən”, “tez-tez”, “ola bilsin”, “bəzən”, “tez-tez” və “ümumiyyətlə” kimi ifadələr işlətdiyini bildirir.
Özlərini tərifləmək üçün doğu anı gözləyirlər, saxta özgüvən verirlər
Drikə görə, bir çox insan lovğalanmağı bildiyini düşünür, amma həqiqətən bunu bilmir: “Bəzi insanlar 15 saniyəlik özünütərif seansını söhbətin ortasına soxmaq üçün müvafiq anı gözləyirlər”.
Drik deyir ki, onlara axtardıqları tərifi verdikdə, buna məhəl qoymurlar: “Başqa bir misal da, gördüyünüz işin daha yaxşısını görmək üçün sizə güvən verməyə çalışan və buna təşviq edən iş yoldaşlarınızdır. Onların əsas məqsədi siz bunu etmək üçün mübarizə apararkən, bunun onlara nə qədər mükəmməl olduqlarını xatırlatmaqdır”.
Ortaq tanışların arxasınca danışaraq, sizi məmnun etməyə çalışırlar
Keçmiş FTB agenti deyir ki, yalan danışan və ya dürüst davranmayan insanların başqa bir xüsusiyyəti, ortaq tanışların arxasınca danışaraq sizi razı salmağa çalışmalarıdır.
Drik qeyd edir ki, onlar tez-tez digər insanlardan daha yaxşı olduğunuza eyham vururlar: “Burada düşünə biləcəyin tək şey budur: mən olmayanda mənim haqqımda nə deyirlər?”.
Hər şeyi müdafiə edirlər
Drikə görə, hər şeyi müdafiə etmək təhlükəli və ən geniş yayılmış xüsusiyyətlərdən biridir.
Ona görə, dürüst olmayan insanlar özlərinə qarşı olan tənqidləri zarafata və ya mənasız aqressiv ifadələrə çevirirlər, nəyisə inkar edərlərsə, bunun onlara baha başa gələcəyini düşünürlər:
“Onlar küsür, passiv-aqressiv davranırlar, mövzunu dəyişirlər. İttihamları təhrif edirlər və ya sadəcə olaraq geri çəkilirlər. Bunlar yalan danışan insanların qalxanlarını qaldırmasının yollarından biridir”.
Mübahisəni sevirlər
“Rasional fikir mübadiləsindən danışmıram. Qadın proqramlarından tutmuş siyasi debatlara qədər hər yerdə rast gəlinən mübahisələrdən danışıram. Mübahisə taktikası insanları manipulyasiya etməkdə şokedici dərəcədə təsirli ola biləcək hiyələlərdən biridir”, - Dirik deyir.
Keçmiş FTB agentinə görə, dürüst olmayan və yalançılar tərəfindən istifadə edilən ən pis arqument taktikası bunlardır: “Fikir söyləmək əvəzinə insanlara hücum etmək, eyhamlardan istifadə etmək, qorxu ilə oynamaq, istehzalı və alçaldıcı olmaq, qarşısındakını günah keçisinə çevirmək, mövzunu dəyişdirmək və insanları hədəfə almaq”.
Çox danışırlar, az şey deyirlər
Robin Drik bu tip insanların çox danışdıqlarını, amma çox az şey dediklərini vurğulayır:
“Bu, adətən nəyisə gizlətməyə çalışdıqları və ya deyəcək bir şeyləri olmadığı üçün olur. Bu səbəbdən də xüsusilə dövrün məşhur sözlərindən istifadə edərək keyfiyyəti kəmiyyətlə əvəz etməyə çalışırlar.
İstedadlı natiq və Nobel ədəbiyyatı mükafatı laureatı Uinston Çörçill bir dəfə demişdi ki, qısa sözlər ən yaxşısıdır, köhnə sözlər isə qısa olanda ən yaxşısıdır. Oxşar fikri C2M2 düsturunun yaradıcısı Brokman tərəfindən də səsləndirilib. Uğurlu ünsiyyətin dörd əsas xüsusiyyətini müəyyən edən amillər açıq, qısa, yaddqalan və motivasiyalı danışmaqdır”.
Necə üzr istəyəcəklərini bilmirlər
Drik deyir: “Üzr istəmək olduqca asandır. “Üzr istəyirəm” deyirsiniz, vəssalam. Təəssüf ki, bu, yalan danışan insanlardan nadir hallarda eşitdiyiniz bir şeydir. “Üzüldüm” deyəcəklər. Sonra adətən “Amma mən bunu yalnız sən etdiyin üçün etdim” kimi ittihamlar irəli sürəcəklər”.
Keçmiş FTB agenti bunun səbəbini belə izah edir: “Bu, qorxudan, xüsusən də bu qorxu təkəbbür, mükəmməllik və ya başqa bir üstünlük formasında maskalandıqda olur”.
Narahatedici bədən dili nümayiş etdirirlər
Drikə görə, sözsüz ünsiyyət də insanın dürüst olmadığı və yalançı olduğuna dair əlamətlər daşıyır:
“Əsl gülüşdən fərqli olaraq ağız küncləri qalxmır, geri çəkilir. Təbəssüm bütün üzünü örtmür və adətən qaşları çatılır. Onların başları sağ və ya sola deyil, bir az arxaya əyilir və onlar sanki sizə burunlarından aşağı baxırlar.
Dürüst insanların gözləri axıradək açıqdır. Bununla belə, dürüst olmayan insanın gözləri bir qədər qapalı olur və çox hərəkət etmədən sizə fokuslanmağa meyllidir. Bu əlamətləri görəndə qarşımdakı insanları daha şübhəli şəkildə yoxlamağa başlayıram”.