Amerikalı sahibkar İlon Mask "Tesla" şirkətinin səhmlərinin qiymətlərinin düşməsi səbəbindən 21 milyard dollardan çox vəsait itirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə məlumatlar "Forbes" reytinqində qeydə alınıb.
Qeyd edilib ki, İ.Maskın sərvəti 21,5 milyard dollar və ya 8,84 faiz azalıb. Beləliklə, onun sərvəti hazırda 221,3 milyard dollar təşkil edir. Buna baxmayaraq, "Forbes" milyarderlər reytinqində qeyd olunduğu kimi, amerikalı sahibkar hələ də planetin ən varlı adamları siyahısına başçılıq edir.