19 Aprel 2022 09:05
2 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Vudbric Koloniya liseyində baş verənlərlə çalxalanır. Ekologiya alimi 44 yaşlı El Lupanionun həm özünə, həm həyat yoldaşına, həm də bacısına beyin xərçənginin son dərəcə nadir diaqnozu qoyulub.

Teleqraf.com xəbər verir ki, El Lupanio fevral ayında bacısını beyin şişindən itirib.

44 yaşlı bacısı və həyat yoldaşından sonra beyin şişi diaqnozu qoyulan elm adamı baş verənlər arasında əlaqənin olduğunu düşünərək maraqlı məqama toxunub. Bundan sonra məlum olub ki, bacısının da oxuduğu Vudbric liseyində 100-dən çox nadir beyin xərçənginə tutulma hadisəsi baş verib.

Xanımı və bacısının yeganə ortaq cəhətinin eyni liseydə oxuması olduğunu bildirən Lupanio bu iddiasına qısa zamanda cavab alıb. Beləliklə, həmin xəstəlikdən baş verən ölüm olayları bir-bir üzə çıxmağa başlayıb.

Angela Dekillisin həmin liseydə oxuduğu və keçən ay beyin xərçəngindən öldüyü deyilib.

“Əvvəlcə beş, sonra yeddi, daha sonra on beş nəfər oldu, nəhayət, indiyə qədər orada olan yüz nəfərin bu xəstəlikdən öldüyünü müəyyən edə bildim”, - Lupanio söyləyib.

Tutulmanın çoxunu 1975-2000-ci illər arasında oxumuş məzunlar təşkil edir. Bununla belə, 2014-cü ildə məzun olmuş başqa bir şəxsə də həmin nadir xərçəng növü - qlioblastoma diaqnozu qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu