Avropada qlobal istiləşmənin təsiri ilə ciddi ölçülərə çatan quraqlıq bir çox çayı qurumaq həddinə gətirib.
Teleqraf.com xəbər verir ki, Dunay çayının Serbiya ərazisindən keçən hissəsində İkinci Dünya Müharibəsindən qalma alman döyüş gəmisinin gövdəsinin görünməyə başlamasından sonra İspaniyada “Stounhenc” adlanan onlarla meqalitik daş abidələr üzə çıxıb.
Son 30 ilin ən quraq dövrünün yaşandığı İspaniyada 1995-ci ildən bəri ilk dəfə su anbarı və göllərdə orta su səviyyəsi 40 faizdən aşağı düşüb.
Rəsmi adı Dolmen de Quadalperal olan “İspan Stounhenci” adlandırılan onlarla meqalitik daş abidələr səviyyəsinin aşağı düşdüyü su anbarında üzə çıxıb.
Kaseres bölgəsindəki Valdekanas su anbarındakı abidələrin e.ə. 5000-ci illərə aid olduğu güman edilir.