22 Avqust 2022 22:14
2 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazənin "Quli" ləqəbli mərhum kriminal avtoritet Nadir Səlifovun ailə üzvlərinin fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, ifaçı paylaşımına yazıb:

"Allah "Quli" qardaşa rəhmət eləsin. Yeri cənnətməkan olsun. Allah ailəsinə səbr versin. "Quli" qardaş ölməyib, o, ürəklərdə yaşayır. Bəzən həyatda elə günlər, elə anlar olur ki, bir araya toplaşıb, həm deyib gülürük, həm də kədərlənirik. O günlərdən biri".

Qeyd edək ki, “Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində hotellərin birində güllələnib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib. “Lotu Quli”nin bir oğlu, bir qızı var.


Müəllif: Teleqraf.com