10 Oktyabr 2022 08:18
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı sübutlar tapıblar.

Teleqraf.com xəbər verir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element - fosforun ola biləcəyini qeyd edib.

Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.

Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər