31 Oktyabr 2022 00:29
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkə yaradıb.

Teleqraf.com xəbər verir ki, yeni platforma digərlərindən fərqlənəcək.

İstifadəçilər digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürə biləcəklər.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə test rejimindədir.


Müəllif: Teleqraf.com