25 Aprel 2023 20:49
3 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən dörd telefonda eyni Vatsap hesabına daxil ola bilmək mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Vatsap platformasının daxil olduğu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

Bildirilib ki, ötən ildən bütün dünyada Vatsap istifadəçilərinin təhlükəsizlik və məxfilik səviyyələrini qorumaq üçün bir sıra tədbirlər görülüb.

Bunun nəticəsi olaraq hazırda 4 telefonda eyni Vatsap hesabını istifadə etmək imkanı yaranacaq.


Müəllif: Teleqraf.com